03 iyun 2023 16:04
512

Bakıda “Onkologiya dövrlərin başlanğıcında” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib

Bakıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik tədbirlər davam edir.

“İki sahil” xəbər verir ki,  iyunun 2-də Rusiya Federasiyası Səhiyyə Nazirliyi Seçenov Universitetinin Bakı Filialı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzin birgə təşkilatçılığı ilə “Onkohemotologiyanın aktual problemləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda Rusiya Federasiyasından Seçenov Universitetinin professoru Pərvin Zeynalova, N.İ.Piroqov adına Milli Tibbi Cərrahiyyə Mərkəzinin professoru Vladislav Sarjevski, A.S. Loginov adına Moskva Klinik Elmi-Praktik Mərkəzindən Qalina Dudina, Rusiya Federasiyası Milli Tibbi Tədqiqat Hematologiya Mərkəzindən Mobil Əhmədov, “Lapino” Klinik Hospitalının Xərçəng Mərkəzindən Аhov Аndemirkan və Elxan İbrahimov, Azərbaycan Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin aparıcı mütəxəssisləri Valeh Hüseynov, professor Аzər Кərimov, dosent Çingiz Əsədov müzakirə olunan məsələlərlə bağlı məruzələrlə çıxış ediblər.

İyunun 3-də isə Seçenov Universitetinin Bakı filialı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Onkologiya dövrlərin başlanğıcında” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş videofilm nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə Seçenov Universitetinin Bakı Filialının rektoru, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş boyun şişləri şöbəsinin aparıcı cərrah-onkoloqu, tibb elmləri doktoru, professor Əziz Əliyev açıb. Sonra Milli Onkologiya Mərkəzinin yaradılması ilə bağlı videofilm nümayiş etdirilib. Daha sonra professor Əziz Əliyev “Baş və boyun şişlərinin cərrahi müalicəsinə müasir yanaşma” mövzusunda məruzə ilə çıxış edib.

Konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzindən tibb elmləri namizədi Yusif Əliyarov, Cavid Qəribov, tibb elmləri namizədi Şəmistan Alıyev, tibb elmləri namizədi Elxan Kazımov, Əlövsət İsayev, tibb elmləri namizədi Günel Hacı və Rusiya Federasiyası Səhiyyə Nazirliyinin İ.M. Seçenov Universiteti adına Birinci Moskva Dövlət Tibb Universitetindən tibb elmləri doktoru, professor Əli Mudunov, Tümen Dövlət Tibb Universitetinin rektoru, professor İvan Petrov, Tümen Dövlət Tibb Universitetinin professoru Rasim Təmrazov, dosent Yelena Qaysina, dosent Mariya Kuzmenko, dosent Anna Loqvinenko, Rusiya Elmlər Akademiyasının akademiki Andrey Vajenin, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin N.N.Bloxin adına Onkologiya MTTM-dən Polad Kərimov, A.S. Loginov adına Moskva Klinik Elmi-Təcrübə Mərkəzindən tibb elmləri doktoru, professor Arif Allahverdiyev, “Lapino” Klinik Hospitalının Xərçəng Mərkəzindən tibb elmləri doktoru Qöncə Allahverdiyeva, tibb elmləri namizədi Cənnət Çekini, tibb elmləri namizədi Vadim Qruzdev və başqaları çıxış ediblər.

Sonda fikir mübadiləsi aparılıb.