04 iyun 2023 15:30
420

Emin Əmrullayev Türkiyənin yeni təyin olunmuş milli təhsil naziri Yusuf Təkini təbrik edib

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin yeni təyin olunmuş milli təhsil naziri Yusuf Təkini təbrik edib.

“İki sahil” xəbər verir ki,  nazir bu barədə tviter hesabında yazıb. “Türkiyənin yeni təyin olunmuş milli təhsil naziri Yusuf Təkini ürəkdən təbrik edir, fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, həmkarımla birlikdə ölkələrimiz arasında təhsil sahəsində mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişafına nail olacağıq”, - nazir qeyd edib.

Emin Amrullayev eyni zamanda türkiyəli sabiq həmkarı Mahmut Özerə də minnətdarlıq edib.