09 may 2025 13:33
123

Abşeronda sex yanır

Abşeronda sex yanır.

Bu barədə "İki sahil"ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, “112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.