04 iyun 2023 20:38
257

OPEC+ ölkələri 2024-cü il üçün hasilatın səviyyəsi ilə bağlı razılığa gəliblər

OPEC-ə üzv ölkələr və qeyri-OPEC ölkələri 2024-cü il üçün neft hasilatının səviyyəsini sutkada 40,46 milyon barel səviyyəsində saxlamaq barədə razılaşıblar.

“İki sahil” xəbər verir ki,  bu barədə təşkilata üzv ölkələrin nazirlərinin iclasının yekunları üzrə kommünikedə deyilir. Qərar 1 yanvar 2024-cü ildən 31 dekabr 2024-cü ilə qədər qüvvədə olacaq. Eyni zamanda növbəti iclas noyabrın 26-na təyin edilib.

Ümumilikdə, OPEC+ ölkələri hasilatı sutkada 1,393 milyon barel azaldacaq.