07 iyun 2023 02:35
615

Duzdan tamamilə imtina etsək...

Duzdan tamamilə imtina etmək mümkündürmü? Əgər zəruridirsə nə üçün? Axı bizə hər tərəfdən deyirlər ki, duz ağ zəhərdir. Həddindən artıq duz qəbulu hipertoniya, ürək, böyrək və s. xəstəliklərin inkişafının səbəblərindən biridir. Bəs orqanizm tamamilə natrium xloridsiz qalsa nə baş verir? Bu suala “Rossiya 1” kanalının “Ən vacibi haqqında” verilişində cavab verilib.

Doktor Myasnikov sağlamlıq proqramının efirində bu mövzuda birmənalı danışıb: duz lazımdır, onsuz insan yaşaya bilməz.

"Əslində insan duzsuz yaşaya bilməz, natriumsuz yaşaya bilməz - dəhşətli qıcolmalar baş verər və ölər". Natrium xlorid qəbulunun aşağı nisbəti gündə iki qramdır, daha az ola bilməz.

“Ümumiyyətlə, duzu pəhrizinizdən tamamilə çıxara bilməyəcəksiniz. Bir çox qidaların tərkibində gizli duz var, hətta bəzən heç gözləmədiyiniz yerlərdə belə. Məsələn, 100 qram çörək bir qram duzdur. Kolbasa, pendir - ümumiyyətlə, yediyimiz hər şeydə gizli duz var", - deyə televiziya həkimi izah edib.

Nubar Süleymanova, “İki sahil”