09 iyun 2023 02:36
712

Kondisionerlər haqqında 5 maraqlı fakt

Çoxları üçün kondisioner əsas zərurətdir, onsuz həyatı təsəvvür edə bilmərik. Bəs siz bilirdinizmi ki, əslində kondisioner müasir həyatımızın bir çox aspektlərində, o cümlədən müasir tibbdə innovativ texnologiyaların yaradılmasında və evlərimizin tikilmə tərzinin dəyişdirilməsində inqilab etmək üçün məsul olan kiçik bir qəhrəmandır?

Kondisionerin tarixi əslində çox maraqlıdır. Aşağıda sizə onlarla bağlı beş maraqlı faktı təqdim edirik.

İlk kondisioner Nyu-York nəşriyyatında rütubət problemini həll etmək üçün Uillis Karrier adlı bir adam tərəfindən icad edilmişdir. 1902-ci ildə “Sackett-Wilhelms” litoqrafiya nəşriyyatının təlaşını təsəvvür edin: istilik və rütubət çap prosesində xaos yaratmışdı. Mürəkkəb axırdı, nəm havada genişlənən və büzülən kağızın üzərinə yayılırdı.

Uillisin "hava təmizləyicisi" adlandırdığı nəhəng bir maşın daxili rütubətin sabit səviyyəsinə nail olmaq üçün soyuducu rulonlardan istifadə edərək bu problemləri həll etdi. Bu həcmli kondisionerlər tez bir zamanda otellər, tekstil fabrikləri və xəstəxanalar kimi böyük binalarda qəbul edildi.

Karrierin çətin ixtirası tamamilə təhlükəsiz olmasa da (soyutmaq üçün zəhərli kimyəvi maddə olan ammonyakdan istifadə edirdi), bu gün istifadə etdiyimiz daha təhlükəsiz, daha yığcam və səmərəli kondisionerlərin əsasını qoydu.

Kondisionerlər insan ömrünü əhəmiyyətli dərəcədə artırıb

Kondisionerin ixtirası insan ömrünün uzunluğuna əhəmiyyətli dərəcədə təsir etdi. Necə? Sadə dillə desək, bu gün istifadə olunan dərmanların bir çoxu temperatura həssas cihaz və avadanlıqlarla təchiz edilmiş elmi laboratoriya, həmçinin havanın temperaturunu idarə etmək imkanı olmadan ixtira oluna bilməzdi.

Kondisionerlər bakteriyaları öldürən dərmanlardan, uşaq ölümlərinin azaldılmasından və malyariya ilə mübarizədən tutmuş xərçəng və soyuqdəymə xəstəliklərinin müalicəsi və cərrahiyyədəki yeniliklərə qədər dünyaca məşhur tibbi nailiyyətlərin mənbəyi sayıla bilər. Bəzi xəstəliklər kondisionerlər olmadan heç vaxt “məğlub olmazdı”.

Kondisionerlər memarlıq ideyalarını dəyişdirib

Kondisionerlər geniş yayılmazdan əvvəl memarlar nə edirdilər? Onlar binaları maksimum hava sirkulyasiyasına imkan verəcək şəkildə dizayn edirdilər. Kölgə vermək üçün hündür tavanlar, eyvanlar və s. düzəldirdilər.

Kondisionerlərlə daxili iqlimə nəzarət etmək imkanı bina dizaynında və tikintisində inqilab etdi, bizə şüşə göydələnlər və azmərtəbəli binalar tikməyə imkan verdi.

“Yay blokbasterləri” istehsalı

Yayın istisindən qaçıb böyük ekranda film izləməyi xoşlayırsınız? 1930-cu, 1940-cı və 1950-ci illərdə kinoteatr sahibləri başa düşdülər ki, ilin ən isti günlərində kinoteatrları doldurmağın ən yaxşı yolu kondisionerlərin quraşdırılmasıdır. O zamanlar əksər insanlar evdə kondisioner olmadığı üçün popkorn almaq, film izləmək və pulsuz kondisionerin dəbdəbəsindən həzz almaq üçün kinoteatrlara axışırdılar.

Bu tendensiyadan yararlanmaq üçün kinostudiyalar yayda ən yaxşı filmlərini, buna görə də "yay blokbasterləri" terminini yaymağa başladılar. Bu təcrübə bu gün də aktualdır.

Kondisionerlər allergiya və astma xətəliklərini azaltmağa kömək ola bilər

Kondisionerlər yazda tozcuqları, toz gənələrini və digər kiçik hissəcikləri havadan təmizləyərək allergiya əlamətlərini azalda bilər. Daxili kondisioner filtri allergiya və ya astma xəstələri üçün havanı təmizləyə bilər. Allergiyanız isti havaların başlaması ilə alovlanırsa, kondisioner asqırma hücumlarınızı aradan qaldırmağa kömək edə bilər.

Nubar Süleymanova, “İki sahil”