08 iyun 2023 18:51
727

Reinteqrasiya məsələsinə müdaxilə cəhdləri Ermənistanın sülhdə maraqlı olmadığını göstərir

Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmək əvəzinə erməni sakinlərin reinteqrasiyası kimi daxili məsələlərə müdaxilə cəhdlərinə hələ də son qoymaması bu ölkənin bölgədə sülh və sabitlikdə maraqlı olmadığını göstərir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.