08 iyun 2023 18:52
615

Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazisindən hələ də tam çıxarmayıb

Ermənistan Təhlükəsizlik Şurasının katibinə xatırladırıq ki, Ermənistan Üçtərəfli bəyanat çərçivəsində öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən tam olaraq hələ də çıxarmayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

Qeyd edilib ki, bu qüvvələrin Azərbaycan ərazisində mövcudluğu beynəlxalq hüququn bütün norma və prinsiplərinin pozuntusu olmaqla yanaşı, ciddi təhdid mənbəyidir.