Ermənistanla Azərbaycan arasında münaqişənin ədalətli həlli Qafqazda davamlı sülhün bərqərar olmasının əsasını təşkil etməklə yanaşı, qlobal sabitliyə də mühüm töhfə verəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının yeni tərkibli ilk iclasının nəticələrinə dair bəyanatda deyilir.
Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişdən məmnunluq ifadə edilib.