09 iyun 2023 13:19
450

Aİ minaların təmizlənməsində Azərbaycanın əsas tərəfdaşıdır Mixalko

“Avropa İttifaqı minatəmizləmə prosesində Azərbaycanın əsas tərəfdaşıdır”.

“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Lənkəran Dövlət Universitetinin tələbələri ilə görüşündə deyib.

“Biz həmçinin Qarabağın bərpasında Azərbaycana yardım etməyi hədəfləyirik. Aİ Cənubi Qafqaz regionunda sabitlik və sülhün tərəfdarıdır", - səfir vurğulayıb.