09 iyun 2023 16:24
626

“Uşaq hüquqları haqqında” yeni qanun hazırlanacaq

“Uşaq hüquqları haqqında” yeni qanun hazırlanacaq.

“İki sahil”in xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2023–2024-cü illərdə “Uşaq hüquqları haqqında” yeni qanunun hazırlanmasını təmin etməlidir.