Qeyri-adi həyat tərzi və fərqli baxışları ilə seçilən məşhur insanların özünəməxsus maraqları olur. Bu gün əsasən fərqli kolleksiyaları ilə diqqətçəkən məşhurlardan bəhs edəcəyik.
Viktor Yanukoviç
Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin zəngin avtomobil kolleksiyası var. Onun kolleksiyasında “Çayka”, “Pobeda” markalı avtomobillərə rast gəlmək mümkündür. Yanukoviçin digər hobbisi isə göyərçin saxlamaqdır. O, baş nazir olduğu dövrdə 200-dən artıq göyərçini olub.
Alina Kabayeva
Rusiyanın əməkdar idman ustası, təqaüdçü bədii gimnastı və siyasətçisi Alina Kabayevanın yumşaq oyuncaqlar kolleksiyası toplamaq və bədii ədəbiyyat oxumaq kimi maraqlı hobbiləri var.
Madonna
Məşhur müğənninin kolleksiyası incəsənət əsərlərindən ibarətdir. Ən əsası da onu daha çox Frida Kalonun əsərləri maraqlandırır. Müğənninin evində bu rəssamın demək olar ki, bütün əl işləri var.
Alla Puqaçova və Arnold Svartnsneger
Rusiyanın pop kraliçası Alla Puqaçova və Arnold Şvartsnegeri birləşdirən bir hobbi var. Bu məşhurlar bahalı və retro avtomobil kolleksiyaları ilə məşhurdur.
Bryus Uilis
Hollivudun tanınmış aktyoru Bryus Ulisində özünəməxsus kolleksiyaları mövcuddur. Aktyor lap uşaq yaşlarından oyuncaq tankları toplayırdı.Onun digər maraqlı kolleksiyası isə Arnold Şvartsnegerin fotolorından ibarətdir.
Ancelina Coli
Bir çox rolları ilə hər kəs tərəfindən sevilən tanınmış aktrisa Ancelina Coli isə bıçaq toplamağı çox sevir. Onun müxtəlif əsrlərə aid qədim bıçaqlardan ibarət kolleksiyası var.
Şenay Akay
Türkiyəli model Şenay Akay da kolleksiyası olan məşhurlar sırasına daxildir. “Kimi avtomobil, kimi pul, kimi də qızıl yığır. Lakin mənim kolleksiyam sadəcə, məndə var” deyən Şenay, sən demə, öz hisslərini kolleksiya edir. Belə ki,model sevincini və kədərini heç kimlə bölüşməyə sevmir. O, onları bir kağıza yazaraq, gizli sandığında saxlayır.
Pol Uolker
“Forsaj” filminin ulduzu, bir neçə il bundan öncə avtomobil qəzasında dünyasını dəyişmiş Pol Uokerin şəxsi avtomobil kolleksiyası səs-küyə səbəb olmuşdu. O, əsasən idman avtomobilləri həvəskarı idi. Ona görə də onun kolleksiyasında bütün dövrlərin ən yaxşı maşınları yer almışdı.
Nikol Kidman
Nikol Kidmanında çox maraqlı bir kolleksiyası var. Aktrisanın kolleksiyası əsasən qədim sikkələrdən və yəhudi pullarından ibarətdir.
Mustafa Sandal
Türkiyənin tanınmış pop ulduzu olan Mustafa Sandal müxtəlif saatları çox sevir. Saatlarına küllü miqdarda pul xərcləyən müğənninin müxtəlif saatlardan ibarət böyük bir kolleksiyası var.
Valeri Meladze
Rusiyanın məşhur müğənnisi və bəstəkarı Valeri Meladzedə maraqlı kolleksiyaya sahib olan məşhurların sırasındadır. Deyilənlərə görə, xəncərlərdən ibarət olan böyük bir kolleksiyaya sahib olan məşhur bu hobbisinə küllü miqdarda vəsait xərcləyir. Onun kolleksiyasında bütün xalqların fərqli qılınclarına rast gəlmək olar.
Tom Henks
Aktyor qədim çap maşınlarını toplayır. Evinin ən böyük otağı bu maşınlar üçün ayrılıb. Burada ərəb, rus, yapon və bir çox ölkələrin əlifbası ilə olan çap maşınlarına rast gəlmək olur.
Türkan Şoray
Aktrisa rol aldığı filmlərdəki geyimlərini yığır. Bunun üçün o, evində üç otaq ayırıb. Həmçinin Türkan Şoray qəzetlərdəki bəyəndiyi xəbərləri toplayır.
Kseniya Sobçak
Rusiyalı teleaparıcı Kseniya Sobçak da topladığı qeyri-adi kolleksiyalarla seçilən məşhurlardandır. Aparıcı bütün xarici ölkələrdən gətirdiyi paltarların asılqanlarını toplayır.
Conni Depp
Məşhur Hollivud aktyorun çox maraqlı kolleksiyası var imiş. Belə ki, Conni skelet kolleksiyası toplayır. Bu kolleksiyada müxtəlif heyvanların, hətta insan skeletləri də var.
Demi Mur
Bris Uilisin keçmiş həyat yoldaşı olan Demi Mur gəlinciklər kolleksiyasına sahibdir. Onun kolleksiyasında nə az, nə çox 10 min barbi və bir o qədər də müxtəlif gəlinciklər mövcuddur. Demi Murun sözlərinə görə, o kolleksiyasına 1 milyon dollardan çox pul xərcləyib. Bu kolleksiyaların arasında brilyant və qızılla bəzədilmiş gəlinciklərə də rast gəlmək mümkündür.
Bill Qeyts
Bütün dünyada "Microsoft"un qurucusu kimi tanınan Bill Qeytsin texnologiya ilə əlaqəli olmayan maraqlı bir hobbisi var. Bu milyarder tarixi və nadir kitablarla çox maraqlanır.Hətta nadir tapılan kitabları toplamaqdan zövq alan Bill bu yaxınlarda öz kolleksiyasına Leonardo da Vincinin əsəri olan “Codex Leicester’i”ni hərracda 30 millyon dollara əldə etmişdir.Bill Qeytsin digər hobbisi isə kart oyunlarıdır. Oyun oynamağı yaxın dostu Varren Buffetden öyrənmişdi.
Valdis Pelş
Rusiyanın digər məşhur teleaparıcısı Valdis Pelş isə qədim əşyalardan ibarət kolleksiyanın sahibidir. Bu məşhur teleaparıcı əsasən XIX əsrdə döyüşçülərə aid dəridən hazırlanmış dəbilqələri toplayır.
Samirə Tağıyeva, “İki sahil”