09 iyun 2023 22:26
337

Ayrapetyan Rusiyada həbs edildi

Rusiyada “Mister sidr” adlı alkoqollu içkidən zəhərlənərək ölənlərin sayı 30 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, saxta içkidən təxminən 100 nəfər zəhərlənmə əlamətləri ilə tibb müəssisələrinə müraciət edib. İlk zəhərlənmə iyunun 5-də qeydə alınıb.

Araşdırma nəticəsində məlum olub ki, içki 10 il əvvəl müsadirə edilərək Daxili İşlər Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsinin anbarında saxlanılan spirt tərkibli mayedən hazırlanıb. Rusiya İstintaq Komitəsinin məlumatına görə, bu ilin mayında Dmitri və Aleksey Yeqorovlar polis nəfəri İvan Qrebenkin il birlikdə həmin mayeni anbardan oğurlayaraq Artyom Ayrapetyana satıblar. O da öz növbəsində zəhərli mayeni ““Andi” ASC-nin təsisçisi Anar Hüseynova satıb.

Məhkəmə Artyom Ayrapetyanın iki ay müddətinə həbs olunması barədə qərar çıxarıb.