12 iyun 2023 09:30
592

“Starfield” oyununun treyleri yayımlanıb

“Bethesda Softworks” (ABŞ) şirkəti “Starfield” videooyununun treylerini yayımlayıb. Oyun şirkətin rəsmi yutub kanalında yerləşdirilib.

"İki sahil" şirkətin saytına istinadla xəbər verir ki, videooyunda personaj yaratma sistemi, kosmik gəmilər qurmaq və 1000-dən çox planeti araşdırmaq imkanları istifadəçilər üçün əlçatan olacaq. Sentyabrın 6-da “Starfield”in ən son nəsil “Xbox”da və fərdi kompüterlərdə istifadəçilərə təqdim ediləcəyi planlaşdırılır.