Planetimizdə istiliyi 50 dərəcədən çox olan yerlər mövcuddur. Bəs görəsən dünyanın ən isti bölgələri hansılardır?
Lut səhrası (İran)
İranda yerləşən Lut səhrası dünyanın ən isti yerlərindən biridir. Burada havanın rekord göstəricisi 2005-ci ildə qeydə alınıb + 70,5 dərəcə. Uzunluğu 900 km olan bu səhrada hətta bakteriyaların yaşamasına şərait yoxdur. Səhrada havanın orta illik göstəricisi 49,6 dərəcə, yayda isə 58,3 dərəcə təşkil edir.
Kvinslend (Avstraliya)
Avstraliyanın Kvinslend ştatının torpaqları- havanın orta illik göstəricisi 44,4 dərəcə, qış aylarında 53 dərəcə, rekord göstərici isə 62,3 dərəcə təşkil edir.
Vadi-Xəlfə vadisi (Sudan)
Sudanda yerləşən Vadi-Xəlfə vadisi -burada havanın orta illik göstəricisi 38,2 dərəcə təşkil edir. Yayda bu göstərici 42,4 dərəcə olur. Vadidə havanın rekord göstəricisi isə 53,2 dərəcə təşkil edir.
Qadames(Liviya)
Liviyanın Qadames şəhərciyində havanın orta illik göstəricisi 35,1 dərəcə, yayda 41,7 dərəcə, rekord göstərici isə 52,7 dərəcə ilə qərarlaşıb.
Dallol (Həbəşistan)
Həbəşistanın Dallol şəhərində havanın orta illik göstəricisi 34 dərəcə, yay aylarında 42,4 dərəcə, rekord göstərici isə 54,2 dərəcə təşkil edir.
Əl-Əziziyə (Liviya)
Liviyanın Əl-Əziziyə şəhəri 90 il boyunca dünyanın ən isti bölgəsi sayılıb. 1922-ci il sentyabrın 13-də bu şəhərdə qeydə alınan 57,8° dərəcə isti rekord göstərici hesab olunub. Lakin 2012-ci ildə həmin göstərici Dünya Meteorologiya Təşkilatı tərəfindən ləğv edilib. Buna səbəb ondan da yüksək hərarətin müşahidə olunduğu bölgələrin mövcudluğudur.
“Ölüm Vadisi” (ABŞ)
ABŞ-dakı “Ölüm Vadisi” adlanan milli park- Kaliforniya və Nevada ştatlarının sərhədlərində dəniz səviyyəsindən 85 metr aşağıda yerləşən vadidə demək olar ki, həyat yoxdur. Burada yalnız müəyyən heyvanların qalıqlarına rast gəlmək olar.Burada ən yüksək isti 1913-cü ildə qeydə alınıb — 56.7 dərəcə. 2012-ci ildə isə temperatur Liviyanın Əl-Əziziyə şəhərindəki temperaturu üstələyib.
Timbuktu (Mali)
Malinin Timbuktu şəhəri təkcə may ayında bu şəhərdə havanın orta göstəricisi 34 dərəcə təşkil edir. Timbuktuda isti havanın rekord göstəricisi 52,4 dərəcədir.
Tirat-Tsvic (İsrail)
İsraildə İordan çayının qərbində yerləşən Tirat-Tsvi məkanının əhalisi cəmi 700 nəfər olan bu ərazidə havanın orta illik göstəricisi 24,2 dərəcə təşkil edir, yayda isə bu göstərici 34,7 dərəcəyə çatır. Tirat-Tsvidə istinin rekord göstəricisi 1942-ci ildə qeydə alınıb – 53,9 dərəcə.Bu, indiyə qədər Asiya qitəsində qeydə alınan ən yüksək temperaturdur.
Turfan (Çin)
Çinin Turfan şəhərində orta illik temperatur 15,4 dərəcə olsa da,burada yerləşən Turfan çalasında temperatur yayda 33,2 dərəcəyədək yüksəlir və bu rəqəm bəzən 40 dərəcəyə də çatır. Turfan çalasında istinin rekord dərəcəsi 48,4 dərəcə olub.
Samirə Tağıyeva, "İki sahil"