13 iyun 2023 23:11
738

Günün hansı vaxtı qavrama qabiliyyəti üçün daha əlverişlidir?

Bu gün işdə həyati əhəmiyyət kəsb edən əsas bacarıqlardan biri "tez anlamaq" və tez öyrənmək bacarığıdır. Amma araşdırmalar göstərib ki, bu qabiliyyət günün müxtəlif vaxtlarında fərqlənir.

İnformasiyanı mənimsəmək və yadda saxlamaq qabiliyyətimiz günün vaxtından asılıdır. Tədqiqatlar hansı tapşırıqların səhər saatlarında ən yaxşı şəkildə yerinə yetirildiyini və hansının gec saatlara qədər təxirə salınmalı olduğunu ortaya qoyur.

İstədiyimiz zaman məlumat əldə edə bilsək də, məlumatı mənimsəmək və anlamaq qabiliyyətimiz o qədər də çevik deyil. Məlum olub ki, günün bir vaxtında təlim prosesi digər vaxta nisbətən daha səmərəli davam edə bilər. Bu, yuxudan həzmə qədər hər şeyi tənzimləyən sirkadiyalı ritmlər kimi tanınan fiziki proseslərin kompleks dəsti ilə bağlıdır. Onlar, həmçinin məlumatı necə emal etməyimiz və saxlamağımızın ayrılmaz hissəsidir.

Sirkadiyalı ritmlər hipotalamusun kiçik bir bölgəsi olan supraxiazmatik nüvə tərəfindən təmin edilir. Bu bölgənin hüceyrələrində yerləşən bioloji saat genləri müəyyən aralıqlarla ifadə edilir. Onlar digər beyin hüceyrələrində və bütün bədəndə gen ifadəsini koordinasiya edir, nəticədə oyanıqlıq səviyyəmizi və buna görə də məlumatı qavramaq və emal etmək qabiliyyətimizi müəyyən edən proqnozlaşdırıla bilən funksiyalar kaskadı yaranır. Bu da öz növbəsində xatirələri necə yaratmağımız, onları mövcud bilik bazamıza inteqrasiya etdiyimiz və onlara qayıtmağımızı formalaşdırır.

Siçovullar üzərində təcrübələr zamanı sirkadiyalı ritmlərin eksperimental pozulması yaddaşın formalaşmasında ciddi pozulmalara səbəb olmuşdur. Oxşar təsir müntəzəm olaraq bir neçə saat qurşağından keçən uçuş heyətlərində də müşahidə olunub. Bu, sirkadiyalı ritmlərin idrak və öyrənmə proseslərinə təsirini vurğulayır. Çoxsaylı araşdırmalar göstərib ki, müəyyən vaxt dövrləri öyrənmək üçün digərlərindən daha yaxşıdır, ehtimal ki, enerji mövcudluğu ilə əlaqədardır. Xatirələrin formalaşması enerji tələb edən bir prosesdir və günün vaxtından asılı olaraq orqanizmdə yeni sinapsların əmələ gəlməsi yolu ilə məlumatı kodlaşdırmaq üçün müxtəlif miqdarda enerji ola bilər.

Ümumiyyətlə, icraedici funksiyalar oyanmanın yüksək olduğu dövrlərdə ən güclü olduğu üçün diqqətin tənzimlənməsini və aidiyyəti olmayan məlumatların xaric edilməsini tələb edən analitik problem həlli və “şüursuz” yaddaş kimi öyrənmə tapşırıqları səhər sessiyaları üçün ən uyğundur.

Əksinə, qavrama problemləri və "şüurlu" yaddaşla bağlı olan öyrənmə tapşırıqları daha az həyəcanlandığımız gündüz və axşam saatları üçün daha uyğundur.

Nubar Süleymanova, “İki sahil”