15 iyun 2023 02:35
637

Qadcetlərin zərərindən xilas yolu varmı?

"Rossiya 1" kanalında "Ən vacibi haqqında" verilişinin aparıcısı Aleksandr Myasnikov 21-ci əsrin qadcetlərdən asılılıq problemindən danışıb. Onlar nə qədər təhlükəlidir? Niyə sağlamlığı qorumaq üçün vaxtaşırı smartfonlardan imtina etməlisiniz? İndiki dünyada telefondan istifadəni dayandırmaq nə qədər çətindir?

Tamaşaçılar müxtəlif müasir texniki portativ cihazlardan aşkar asılılığın təkcə uşaqların deyil, həm də böyüklərin sağlamlığına ziyan vurmasından narahatdırlar. Əsəbilik, aqressiya müşahidə edilir, yuxu pisləşir. Bir çox insan öz vəziyyətini alkoqolik və siqaret asılılığı ilə müqayisə edir. Yeniyetmələr gəzintiyə çıxmaq, velosiped sürmək əvəzinə saatlarla internetdən “asılır”.

Bəziləri etiraf edirlər ki, düymələri saatlarla basmaqdan gözləri səyriyir, əslində heç nə verməyən bu və ya digər məlumatları beyinlərinə doldururlar. "Evdə smartfonumuzu unutsaq nə olar? Panikaya düşərik", - deyə aparıcı izah edir.

"Fakt budur ki, biz onlardan əl çəkə bilməyəcəyik. Bundan söhbət gedə bilməz. Onlar artıq həyatımıza daxil olub və onlar artıq bir çoxumuzu məğlub ediblər. Amma məsələ qadcetlərdən necə imtina etməkdə deyil. Onunla necə bir yerdə yaşayaq ki, sağlamlığımızı korlamasın, nə özümüzə, nə də uşağımıza zərər verməsin?

Proqram eksperti bu problemi aşağıdakı şəkildə həll etməyi tövsiyə edir:
Adi düyməli telefon alın. Yalnız əlaqə üçün onu özünüzlə gəzdirin.

Düzdür, smartfon bəzi hallarda zəruridir, məsələn, həkimin qəbuluna yazılmaq, dövlət xidmətlərinin saytına daxil olmaq, iş üçün və s. Ancaq ondan yalnız zəruri hallarda istifadə edilməlidir.

Nubar Süleymanova, “İki sahil”