22 iyun 2023 11:19
246

Səfirlik: Britaniya və Azərbaycan regional təhlükəsizliyə dair öhdəlik götürüb

Böyük Britaniya və Azərbaycan regional təhlükəsizliyə və qlobal təhlükələrin aradan qaldırılmasına dair öhdəlik götürüb.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniya Səfirliyindən bildirilib.

“Dövlət katibi 5-ci strateji dialoq çərçivəsində Azərbaycanın xarici işlər naziri ilə görüşüb.

• Ermənistanla uzun müddət davam edən münaqişənin tarixi həlli üçün sülh müzakirələrinin dinamikasını təqdir edir

• Avropa üzrə nazir uğurlu və firavan Azərbaycan üçün zəruri olan insan haqları ilə bağlı irəliləyişə ehtiyac olduğunu qeyd edir

Dövlət katibi Ceyms Kleverli bu gün (çərşənbə günü 21 iyun) Londonda keçirilən Ukraynanın Bərpa Konfransında Azərbaycanın xarici işlər naziri Jeyhun Bayramovla görüşüb. Görüş zamanı o, 5-ci Böyük Britaniya - Azərbaycan Strateji Dialoqunun tərkib hissəsi kimi Azərbaycanın Ukraynaya həyati əhəmiyyətli humanitar yardımın göstərilməsi, o cümlədən elektrik generatorları, su nasosları və tibbi ləvazimatların çatdırılması yolu ilə dəstəkləməsini məmnunluqla qeyd edib.

Dövlət katibi Ermənistanla uzun müddətdir davam edən münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində danışıqlar prosesindəki son nailiyyətləri alqışlayıb və xarici işlər naziri Bayramovu Ermənistan və Azərbaycan arasında davam edən sülh danışıqlarında yeni əldə olunmuş dinamikanı saxlamağa çağırıb.

Dialoqun bir hissəsi olaraq, Böyük Britaniyanın Avropa üzrə naziri Leo Dokerti 20 iyun çərşənbə axşamı xarici işlər naziri Bayramovu Xarici İşlər, Birlik və İnkişaf Ofisində təhlükəsizlik, ticarət və mədəni əlaqələr sahəsində daha çox əməkdaşlıq imkanlarını müzakirə etmək üçün qəbul edib.

Nazir Dokerti, Azərbaycanda ən böyük xarici investor kimi Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək və Azərbaycanın bərpa olunan enerji potensialından istifadə etməyə imkan verəcək enerjiyə keçid prosesini təşviq etmək üçün unikal mövqeyini vurğulayıb.

Böyük Britaniyanın geri qaytarılan ərazilərdə minaların təmizlənməsi sahəsində aparıcı rolu Böyük Britaniyanın regionda sülhün tərəfdarı olmasının bariz nümunəsi kimi vurğulanıb və bu, Böyük Britaniya təcrübəsinin Azərbaycana necə dəstək verdiyini göstərir.

İran və Rusiyanın sabitliyi pozan davranışlarını qəbul edən nazir həmçinin Böyük Britaniyanın Azərbaycana kibertəhlükəsizliyini artırmaq və hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirmək üçün dəstək təklifini təkrarlayıb.

Nazir Dokerti vurğulayıb ki, Böyük Britaniya uğurlu və firavan Azərbaycan üçün vacib olan insan haqları sahəsində irəliləyişi dəstəkləməyə hazırdır.

Azərbaycanın xarici işlər nazirinin 10 ildən artıq müddətdə Böyük Britaniyaya ilk səfəri zamanı keçirilən bugünkü dialoq, nazir Dokertinin fevral ayında Bakıya səfəri əsasında qurulur, hansı ki O, Bakıda, Baş nazirin prioritetlərini çatdıraraq qeyri-qanuni miqrantların və narkotiklərin Avropaya daxil olmasının qarşısının alınmasına dəstək göstərmək üçün anlaşma memorandumu imzalamışdı”, - deyə məlumatda bildirilir.