22 iyun 2023 11:32
257

Ermənistan nümayəndə heyəti Vaşinqton görüşünə tezliklə sülh müqaviləsini imzalamaq niyyəti ilə gedəcək- Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan gələn həftə Vaşinqtonda baş tutacaq Azərbaycanla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin əsas məqsədini açıqlayıb.

“İki sahil” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Paşinyan hökumətin iclasında bildirib ki, Ermənistan nümayəndə heyəti bu görüşə münasibətləri normallaşdırmaq niyyəti ilə gedəcək.

“Ermənistan nümayəndə heyəti bu görüşə münasibətləri normallaşdırmaq və tezliklə sülh müqaviləsini imzalamaq niyyəti ilə gedəcək”, - o vurğulayıb.

Qeyd edək ki, Paşinyan Ermənistan və Azərbaycan XİN rəhbərlərinin gələn həftə Vaşinqtonda görüşəcəyini bildirib.