22 iyun 2023 12:06
239

Azərbaycan dövlət orqanlarının rəsmiləri Brüsseldə NATO-nun dezinformasiyaya qarşı təcrübəsini öyrənirlər

Azərbaycanın dövlət orqanlarının rəsmiləri NATO-nun mənzil qərargahına gediblər.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə bildirib.

O qeyd edib ki, Azərbaycan və NATO arasında ictimai diplomatiya və strateji kommunikasiyalar sahəsində tərəfdaşlıq çərçivəsində dezinformasiyaya qarşı mübarizədə NATO-nun yanaşması və qabaqcıl təcrübələri öyrəniləcək. Həmçinin nümayəndə heyəti strateji kommunikasiyalar, sosial şəbəkələrdən istifadə ilə bağlı brifinqlər və dəyirmi masa müzakirələrində iştirak edəcək.