22 iyun 2023 12:15
318

Paşinyan: Azərbaycanla delimitasiya üzrə komissiyanın iclasının keçirilməsinə dair razılıq əldə olunub

Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi məsələsində razılıq əldə olunub.

"İki sahil" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

O qeyd edib ki, Ermənistan suverenlik, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında regionda mümkün qədər tez kommunikasiya və iqtisadi əlaqələrin bərpasına hazırdır.