Azərbaycanla Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirən və bütün sahələrdə əməkdaşlığımızın uğurla inkişafından məmnunluğunu ifadə edən Alixan Smailov qarşılıqlı fəaliyyətimizin strateji tərəfdaşlığa əsaslanan münasibətlərimizin göstəricisi olduğunu vurğulayıb.
“İki sahil” xəbər verir ki, Qazaxıstanın Baş naziri əməkdaşlığın müxtəlif sahələrdə möhkəmlənməsi işinə Azərbaycan Prezidentinin verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.
Ölkəmizin Qazaxıstan üçün Cənubi Qafqazda ən mühüm iqtisadi-ticarət tərəfdaşı olduğunu söyləyən qonaq ötən ilin nəticələrinə görə qarşılıqlı ticarətin həcminin 460 milyon dolları keçərək 40 faiz artdığını, bu il də bu dinamikanın davam etdirildiyini məmnunluqla bildirdi və potensialın daha da artırılması üçün imkanların olduğunu vurğuladı.