22 iyun 2023 17:41
318

Ceyhun Bayramov "Chatham House"da sülh gündəliyi barədə məlumat verib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Chatham House" beyin mərkəzində təşkil olunmuş müzakirədə iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri "Twitter" hesabında bildirib.

"Londonda "Chatham House"un dəyirmi masa müzakirələrində iştirak etdim. Münaqişədən sonrakı bərpa səyləri, həmçinin münaqişə başa çatdıqdan sonra Azərbaycanın irəli sürdüyü sülh gündəliyi haqqında iştirakçılara məlumat verdim. Müzakirələr zamanı Ermənistanın bu sahədə yaratdığı çətinlikləri də vurğuladım", - nazir qeyd edib.