22 iyun 2023 21:59
326

Əminəm ki, Azərbaycanda ikinci ilim də xoş hadisələrlə dolu olacaq - Səfir

“Əminəm ki, mənim Azərbaycanda ikinci ilim də xoş hadisələrlə dolu olacaq”.

“İki sahil” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviter hesabında yazıb.

“Bir çox ilkləri bu il geridə saxladıq: Kral III Çarlzın ilk rəsmi ad günü, 70 il ərzində ilk tacqoyma mərasimi, nazir Bayramovun Xarici İşlər Naziri kimi Böyük Britaniyaya ilk səfəri və digərləri”, - səfir vurğulayıb.