22 iyun 2023 22:18
334

Ceyhun Bayramov britaniyalı nazirlə regional təhlükəsizlik vəziyyətini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya səfəri çərçivəsində Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Stefen Douti ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında məlumat verilib.

Qeyd edilib ki, tərəflər Azərbaycan-Böyük Britaniya əməkdaşlığının perspektivlərini və regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər.