22 iyun 2023 22:34
314

Azərbaycan XİN başçısı Britaniya parlamentinin üzvləri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Britaniya parlamentinin Lordlar və İcmalar palatalarının üzvləri ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tviter hesabında məlumat verilib.

Qeyd edilib ki, görüşdə ikitərəfli tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib.

Nazir parlamentarilərə regionda baş verən yeni reallıqlar barədə məlumat verib.