23 iyun 2023 12:43
372

Qarabağda yaşayan ermənilərə təhlükəsizlik zəmanəti verilməsi tələbi qeyri-zəruridir

Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə təhlükəsizlik zəmanətləri verilməsi tələbi qeyri-zəruridir və Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir.

“İki sahil” xəbər verir ki,  bunu “Reuters“ə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Biz bir çox səbəblərə görə, belə bir ön şərti qəbul etmirik. Ən fundamental məsələ budur: bu daxili, suveren məsələdir", - nazir bildirib.