24 iyun 2023 17:43
1397

"Azəriqaz" əməkdaşların iş şəraitini davamlı olaraq yaxşılaşdırmağa çalışır - FOTO

SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin Baş direktorunun  əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev  Xaçmaz Regional Qaz İstismarı İdarəsində (RQİİ) bir qrup Birlik əməkdaşı ilə görüşüb.  Qurum rəsmisi hər bir əməkdaşın iş şəraiti və mövcud vəziyyəti ilə yaxından maraqlanıb.

Eyni zamanda, regional idarənin tabeliyindəki xidmət sahələrində çalışan ümumilikdə 12 əməkdaş  faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyələrlə ilə mükafatlandırılıblar.

E. Zaman «İki sahil»