05 iyul 2023 18:08
376

Özbəkistan Prezidentinin tezliklə Azərbaycana səfəri gözlənilir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tezliklə Azərbaycana səfəri gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidovu qəbul edərkən bildirib.

Dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə Özbəkistan tərəfindən məktəb tikintisi layihəsinin xüsusi önəm daşıdığını qeyd edib.