05 iyul 2023 18:43
369

XİN rəhbəri Azərbaycanın Fələstinə göstərdiyi humanitar yardımı yüksək qiymətləndirib

Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki Azərbaycanın Fələstinə göstərdiyi daimi humanitar yardımın və dəstəyin Fələstin xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə iyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərkən bildirib.

Riad Əl-Maliki Azərbaycanı öz torpaqlarını işğaldan azad etməsi münasibətilə təbrik edib.