11 aprel 2016 17:31
141

TQDK aprelin 10-da növbəti sınaq imtahanı keçirib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün aprelin 10-da respublikanın 33 şəhər və rayonunda sınaq imtahanları keçirib.

TQDK-dan bildiriblər ki, imtahanda iştirak etmək üçün internet vasitəsilə 49.224 abituriyent qeydiyyatdan keçib.

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Gədəbəy, Ağstafa, Mingəçevir, Goranboy, Şəki, Balakən, Qəbələ, Bərdə, Abşeron, Ağcabədi, Ağdam, Göyçay, Ucar, Ağsu, Şirvan, Sabirabad, Lənkəran, Astara, Masallı, Qusar, Xaçmaz, Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz şəhər və rayonlarında, ümumilikdə 64 binada təşkil olunub.

Qeyd edək ki, hazırda Komissiyada imtahan protokolları və cavab kartlarının email aparılır və nəticələr yaxın günlərdə elan olunacaq. İmtahan nəticələrini TQDK-nın internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə boş SMS göndərməklə öyrənmək olar.

TQDK abituriyentlərin nəzərinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və “İmtahana buraxılış vərəqəsi” əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmırlar.