12 sentyabr 2023 02:36
456

Bir baş sarımsaq və...

Zəngin vitamin və mineral maddələr mənbəyi olmaqla sarımsaq insan orqanizmi üçün müstəsna əhəmiyyətli unikal məhsuldur. Ən əsası bir baş sarımsaq qan təzyiqini və xolesterinin miqdarını aşağı salacaq qədər güclü təsirə malikdir.

Kəklikotu immun sisteminə çox xeyirlidir

Bu şəfa verici bitki geniş antioksidant yığımı olduğundan, o, orqanizmi onkoloji və ürək-damar xəstəlilərindən qoruya bilir. Dəmirin zəngin mənbəyi sayıldığına görə anemiya xəstələrinə də məsləhət görülür. Bu bitkidə olan kalinin yüksək konsentrasiyasına görə isə o, arterial təzyiqi qaydaya salır.

Dəri, sinir xəstəlikləri və əzələ spazmlarında geniş istifadə olunur. Sidikqovucu təsirə də malik olan bu bitki, orqanizmi qocalmadan qoruyur və qıcolmaları aradan qaldırır. Kəklikotu immun sistemi üçün də çox xeyirlidir. Bitki çox təsirli spazmolitik vasitədir. Həmçinin güclü antiseptik və antibakterial təsirinə malikdir. 

İlıq limon suyu

Antiseptik və müalicəvi təsiri olan ilıq limon suyunun sağlamlığa müxtəlif faydaları var. Ən əsası 1 ay ərzində acqarına ilıq limonlu su içəndə infeksiya və xəstəliklərə səbəb olan patogen bakteriyaların böyüməsinin və çoxalmasının qarşısını alır. İmmunitet sistemini gücləndirməyə, həmçinin qrip kimi yoluxucu xəstəliklərdən qorunmanı təmin edir.

Həm də sidik turşusunun həllində limonlu su faydalıdır. Müntəzəm olaraq istehlak edildikdə revmatizm kimi xəstəliklərin qarşısını alır. Susama zamanı isə bir stəkan limonlu su içmək rahatlamağa çox gözəl imkan yaradır.

İnsanı gənc vəziyyətə qaytaran koktyel

Artıq tədqiqatçılar insanı gənc vəziyyətə qaytara biləcək altı müxtəlif kimyəvi koktyel müəyyən ediblər. Qaldı ki, araşdırma perspektivli sayılsa da, alimlər hələ təcrübə üçün müəyyən vaxta ehtiyac olduğunu bildirirlər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü