09 aprel 2018 22:57
1873

Mərakeşə səfər edən turistlərin sayı sürətlə artır

Mərakeş Krallığının turizm sektorunda cari ilin başlanğıcında sürətli artım müşahidə olunur.

AZƏRTAC “L’Eeconomiste” nəşrinin məlumatına istinadla xəbər verir ki, 2018-ci ilin ilk iki ayında Mərakeşə 1,5 milyon turist gəlib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur.

Mərakeşi ziyarət edənlər arasında ilk yeri Fransa vətəndaşları tuturlar. Onlar Afrika ölkəsinə gələn turistlərin 11 faizini təşkil ediblər. İkinci yerdə isə İspaniya vətəndaşlarıdır. Çinli turistlərin sayı isə sürətlə artmaqdadır. 2015-ci ildən 2017-ci ilədək Mərakeşə gələn Çin turistlərinin sayı 10 dəfə çoxalaraq illik 100 min nəfər təşkil edib. Mərakeş Krallığının müvafiq orqanları bu rəqəmi 2020-ci il üçün 500 min nəfərə çatdırmağı qarşıya məqsəd qoyublar.