19 sentyabr 2023 21:40
192

Ermənistan polisi aksiyanı dağıtmaq üçün səs qumbaralarından istifadə edib

İrəvanda hökumət binası qarşısında vəziyyət gərginləşib.

“İki sahil” xəbər verir ki, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirən insanlarla polis arasında toqquşma olub. Aksiyaçılar polis əməkdaşlarına şüşə və daş atıb.

Ermənistan polisi meydana toplaşanları dağıtmaq üçün səs qumbaralarından istifadə edib.

Xəsarət alanların olduğu bildirilir.