Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror əməliyatından danışıb.
“İki sahil” xəbər verir ki, bu barədə o Nyu-Yorkdan geri dönərkən türk jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandırıb.
O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin erməni tərəfinin 90 mövqeyini zərərsizləşdirməsini həlledici amildir.
“Milli müdafiə nazirimiz Yaşar Gülər (Azərbaycan tərəfi ilə - red.) əlaqədə oldu və bu gün mənim də qardaşım İlham Əliyevlə danışığım olub. O, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışıma görə mənə təşəkkür etdi və "Biz işi artıq bitirdik. Heç bir problem yoxdur." dedi.
Azərbaycan təkcə öz torpaqlarını azad etmədi, həm də bütün dünyaya beynəlxalq vasitəçiliyin əsl mahiyyətini göstərdi - Sevinc Fətəliyeva
Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib YENİLƏNİB