ABŞ Qarabağda baş verənlərdən narahatdır və biz bu fəaliyyətlərin dayandırılmasına çağırış edirik.
“İki sahil” xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələrində ABŞ nümayəndəsi Linda Tomas Qrinfild bildirib.
O bildirib ki, hərbi əməliyyatların dayandırılması müsbət haldır və inkişafa səbəb olacaq.
“ABŞ humanitar təşkilatlara müraciət edərək yardımların çatdırılmasını təşviq edib. Bu həfətə Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan Qarabağdakı erməni əhəliyə yardımlar çatdırıldı. Həqiqətən bu çox önəmli hadisə idi.”, - deyə o bildirib.
Onun sözlərinə görə, bu böhranın yeganə yolu zorakılığa son qoymaqdır.
Azərbaycan təkcə öz torpaqlarını azad etmədi, həm də bütün dünyaya beynəlxalq vasitəçiliyin əsl mahiyyətini göstərdi - Sevinc Fətəliyeva
Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib YENİLƏNİB