22 sentyabr 2023 08:08
190

NATO-dan ABŞ-a “Çin” məsləhəti

ABŞ Çinlə daha asan rəftar etmək üçün Ukraynanın müharibədə qalib gəlməsini təmin etməlidir.

“İki sahil” xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasında iştirak etdiyi Nyu-Yorkda aparıcı beyin mərkəzlərindən biri olan Xarici Əlaqələr Şurasının (CFR) təşkil etdiyi paneldə deyib.

“NATO regional ittifaq olaraq qalacaq. Bu o deməkdir ki, NATO Şimali Amerika və Avropanın ittifaqı olaraq qalacaq. Əgər genişlənmə olacaqsa Avropa ölkələri ilə olacaq. NATO qlobal kollektiv müdafiə təşkilatı olmayacaq”,- deyə NATO-nun Baş katibi bildirib”.

Stoltenberq izah edib ki, Ukrayna müharibəni qazanarsa, NATO Avropada ikinci ən böyük orduya sahib olacaq və Avropa ölkələrinin son zamanlar artan müdafiə xərcləri ilə birlikdə baxıldığında Çinlə bağlı daha az narahatlıq doğuracaq bir vəziyyət yaranacaq.

NATO-nun Baş katibi vurğulayıb ki, Ukraynanın qələbəsini təmin etmək ABŞ-ın marağındadır və bu, onun Çinlə işini asanlaşdıracaq.