22 sentyabr 2023 15:58
245

Toivo Klaar Azərbaycana gələcək

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın günlərdə Azərbaycana səfər edəcək.

Bu barədə "İki sahil"ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. T. Klaarın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü gözlənilir. Qeyd edək ki, Aİ-nin xüsusi nümayəndəsi Ermənistanda səfərdədir.