Bu gün Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra ilk dəfə ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər.
“İki sahil” AZƏRTAC-a istinadən xəbər verir ki, hərbi attaşelər ermənilərdən müsadirə edilmiş silah-sursata baxış keçiriblər.
Səfərdə general-leytenant Mayis Bərxudarov ələ keçirilən hərbi qənimətləri şəxsən təqdim edib.