28 sentyabr 2023 12:39
218

Ermənistan parlamentinin komissiyası Roma Statutunun ratifikasiyasını təsdiqləyib

Ermənistan parlamentinin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası Roma Statutunun ratifikasiyası haqqında qanun layihəsini qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə komissiyanın sədr müavini Arusyak Culakyan bildirib.

Qeyd olunduğu kimi, Roma Statutunun ratifikasiyası haqqında qanun layihəsini baxılması üçün parlamentin gündəliyinə salınacaq.

“Komissiyanın iclasında iştirak edənlərin hamısı bu qanun layihəsinin qəbul edilməsinə və parlamentin iclaslarının gündəliyinə daxil edilməsinə səs veriblər”, - deyə Culakyan qeyd edib.

Həmçinin əlavə olunub ki, komissiyanın iclasında müxalifət nümayəndələri iştirak etməyib.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində qərar çıxarıb.

Ermənistan parlamenti sənədi ratifikasiya edəcəyi təqdirdə Putinin Ermənistan ərazisinə səfər etməsi mümkün olmayacaq.