24 aprel 2016 21:40
338

Üzdə olan qara nöqtələrdən necə xilas olmalı?

Bu maska dəridəki qara nöqtələrin təmizlənməsinə kömək edəcək.

Çirkli dəriyə nə qədər keyfiyyətli maska qoyulsa da, o dəriyə çirk qatı ucbatından, yaxşı təsir etməyəcək. Ona görə də maskaların üz dərisinə yaxşı təsir etməsi üçün, dəri təmiz olmalıdır. Bu maska ilə burnun üzərindəki bütün qara nöqtələri də təmizləyə biləcəksiniz.

Maskanın hazırlanması:

Yumurtanın sarısı ağından ayrılır. 2 kasa, çəngəl, salfet lazım olacaq. Yumurtanın ağı və sarısı ayrı çalınır. Çalınmış yumurtanın ağı nazik təbəqə şəkilində üzə çəkilir, üzərinə salfet qoyulur. 20-30 dəqiqə, quruyana kimi gözlənilir. Yumurta quruduqca, salfet də bərkiyəcək. Və salfeti üzdən çıxaranda qara nöqtələr də təmizlənəcək. Ancaq salfeti birdən və cəld çəkmək lazımdır. Bu dərini qıcıqlandırır. Sonra üz yuyulur və yumurtanın sarısı çəkilir ki, dəri göynəməsin və yumşalsın. Maska 10 dəqiqə saxlanılır və yuyulur.