"Bizim tarixi torpaqlarımızda, o cümlədən Zəngəzurda yaşamaq hüququmuz var"
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Haber Global”ın efirində deyib.
Onun sözlərinə görə, Azərbaycan Qarabağın erməni sakinlərinə qalıb yaşamağı təklif edir “Amma bizim də öz tarixi torpaqlarımızda, o cümlədən Zəngəzurda yaşamaq niyyətimiz var. Beynəlxalq ictimaiyyət və Ermənistan bu hüququmuzu təmin etməlidir”.
Diplomat həmçinin bildirib ki, 1991-ci ildən etibarən Qarabağda cinayət törətmiş bütün cinayətkarlar haqqında Azərbaycan hüquq-mühafizə orqanlarında məlumat var: "Artıq müharibə cinayətkarı olan üç nəfər saxlanılaraq Bakıya gətirilib. Biz bütün müharibə cinayətkarlarını məsuliyyətə cəlb edəcəyik. İşlər hələ qabaqdadır. Azərbaycanın bütün dövlət qurumları, o cümlədən Xarici İşlər Nazirliyi bu işlə məşğuldur”.
Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir
Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir
Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının açılış mərasimi keçirilib - YENİLƏNİB/FOTO