Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb.
“İki sahil” Gürcüstanın ictimai telekanalına istinadən xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrə, həmçinin regiondakı təhlükəsizlik mühitinə dair müzakirə aparılıb.
Məlumata görə, görüş zamanı parlament sədrləri Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli parlamentlərarası əməkdaşlıq formatının yenilənməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, görüş Avropa Parlament Sədrləri Konfransı çərçivəsində Dublində baş tutub.
Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir
Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir
Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının açılış mərasimi keçirilib - YENİLƏNİB/FOTO