Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində Müvəqqəti İdarəetmə Mərkəzi tərəfindən Xankəndi şəhərində müvafiq tibbi xidmətlərin təşkilinə başlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumat yayıb.
Azərbaycan Respublikasının səhiyyə qurumlarının məsul şəxslərinin iştirakı ilə ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası Xankəndiyə ezam olunub.
Xankəndidə əhalinin cari tibbi və sanitar-epidemioloji vəziyyəti qiymətləndiriləndən sonra növbəti müvafiq addımların atılması nəzərdə tutulur.
Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir
Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir
Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının açılış mərasimi keçirilib - YENİLƏNİB/FOTO