Bu gün ermənidən çox erməni olan xarici donor təşkilatlarının ortaya qoyduğu mövqe ayri-seçkilik nümunəsidir
Məlum olduğu kimi sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin törətdiyi terror aktından dərhal sonra Azərbaycanın lokal antiterror tədbirlərinə başlaması da bir çox məqamları özündə ehtiva edir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Məhz elə bu səbəbdən də lokal xarakterli antiterror tədbirlərinin görülməsi qaçılmaz oldu. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir.
Ermənilərin Qarabağ ərazisini tərk etməsini etnik təmizləmə adlandırmaq böyük ədalətsizlikdir. Çünki, ermənilər öz istəkləri ilə gedirlər. Bu, etnik təmizləmə deyil, Qarabağdakı ermənilər özləri qalmaq istəmirlər və onları heç kim məcbur etmir. Azərbaycanın onları təhlükəsiz və daha yaxşı yaşayış şəraiti ilə təmin etmək istiqamətində hərtərəfli planı var. Ancaq istəyəcəkləri təqdirdə ərazini tərk etməkdə də sərbəstdirlər. Azərbaycanın Qarabağdakı erməni sakinləri oranı tərk etməyə məcbur etmək kimi bir planı olmayıb və hazırda da yoxdur. Əksinə, Azərbaycan Qarabağda qaldıqları təqdirdə onların təhlükəsizliyinə tam zəmanət verdiyini bildirib. Azərbaycan onlara təhlükəsizliklərinin təmin ediləcəyi ilə bağlı çağırışlara davam edir. Amma rəsmi Bakı ermənilərin hərəkət sərbəstliyini də dayandıra bilmərik. Bu, ərazidəki hər kəsin suveren və şəxsi seçimidir. Məsələnin digər məqamı bu məsələ ilə bağölı dünyada ermənilərə humanitar yardım kampaniyasını başlamasıdır. Bəzi dövlətlər və beynəlxalq qurumlar ermənilərə yardım etmək üçün yarışa giriblər. Yardım etmək yaxşı əməldir. Amma bunu edərkən ayri-seçkilik etmək yardımı humanitar xarakterdən çıxarır. Qarabağdan gedən ermənilərə qarşı Azərbaycan tərəfdən heç bir təzyiq, zorakılıq göstərilmir. Əksinə hər zaman olduğu kimi humanizm nümunəsi ortaya qoyulur. Amma ermənilər azərbaycanlılalara qarşı etnik təmizləmə siyasəti həyata keçirən vaxt soydaşlarımızı belə “yola salmamışdılar”.
Həmin illəri xatırlayanlar yaxşı bilir ki, xarici donor təşkilatları gözə dəymirdilər. Yüz minlərlə azərbaycanlı doğma yurdundan qovulan zaman bu gün ermənilərə yardım yarışına çıxan dövlətlər və beynəlxalq təşkilatlar harada idi? Çadır şəhərciklərinin olduğu dövrləri xatırlayaq. Ac-yalavac vəziyyətdə, heç bir əşyası olmayan, çadırda ağır şəraitdə yaşayan soydaşlarımıza niyə belə yardım etmirdilər? Qış aylarında çadır şəhərciklərində min bir əziyyət çəkən soydaşlarımızın o yardımlara ehtiyacı yox idimi? Doğrudur, Azərbaycan öz gücü hesabına həmin şəhərcikləri ləğv etdi. Amam elə bu gün də doğma yurdundan didərgin düşən, öz elinə-obasıan qayıda bilməyən yüz minlərlə soydaşımız var. Ermənistana yardım üçün qaçan beynəlxalq donor təşkilatlarlı bizi niyə “görmürlər”. Ermənilərə yardım edilməsi ilə bağlı etitazımız yoxdur. Amma ortaya haqlı olaraq sual çıxır- həmin xaricic donor təşkilatlar azərbaycanlıları niyə yada salmırlar bəs? İndiyə qədər həmin qurumlar evindən-obasından didərgin düşən soydaşlarımıza hansı yardımarı edib. Axı, bu humanitar yardım, aksiyasıdır. Bunda ayrı-seçkilik olarmı? Təəssüf ki, olur. Bu isə ayrı-seçkilik, ikili standartların bariz nümunəsidir. Azərbaycan dövləti 1993-2019 cu illərdə qaçqın və məcburi köçkünlərin sosial təminatı və digər məsələlərə 10 milyard manat həcmində vəsait xərcləyib. Bu vəsaitin 4 milyardı dövlət büdcəsindən, 2.5 milyardı dövlət neft fondundan, 1.4 milyardı beynəlxalq maliyyə qurumlarından, qalanı isə digər mənbələrdən götürülüb. Bu gün ermənidən çox erməni olan xarici donor təşkilatları ortaya qoyduqları ayri-seçkilik nümunəsi ilə əsl simalarını ortaya qoymaqla yanaşı, humanizmin onlar üçün siyasi məqsəd daşıdığını təsdiq edirlər.
Anar Miriyev, "İki sahil"
Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir
Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir
Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının açılış mərasimi keçirilib - YENİLƏNİB/FOTO