01 oktyabr 2023 16:16
462

Milli Məclisin deputatları QDİƏT-in iclasında iştirak edəcəklər

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının sədri Musa Quliyev və deputat Kamran Bayramov oktyabrın 1-də Bolqarıstanın Burqas şəhərinə səfər edəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Milli Məclisin deputatları səfər çərçivəsində QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının iclasında iştirak edəcəklər.

Səfər oktyabrın 3-də başa çatacaq.