Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 1.5-ci maddəsinə əsasən, Ali Məclisin payız sessiyası oktyabrın 2-si saat 11:00-da öz işinə başlayıb.
“İki sahil” xəbər verir ki, Ali Məclisin payız sessiyasının ilk iclasında 2023-cü il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi, “Normativ-hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər, Ali Məclisin İntizam Komissiyasının tərkibində dəyişikliklər və digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.
Sessiyanın iclasında Ali Məclisin deputatları və dövlət mətbuat orqanlarının nümayəndələri iştirak edirlər.
Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir
Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir
Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının açılış mərasimi keçirilib - YENİLƏNİB/FOTO