02 oktyabr 2023 12:59
321

Azərbaycan beynəlxalq sazişlərə artıq qeyd-şərt olmadan qoşulacaq

“Beynəlxalq sazişlərə qoşulmağımız artıq dəyişəcək, qeyd-şərt aradan götürülüb”.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səməd Seyidov deyib.

Deputat bildirib ki, artıq Azərbaycanın suverenliyi tam təmin olunub: “Biz artıq beynəlxalq sazişlərə qeyd-şərtlə qoşulmayacağıq. Bu, çox böyük hadisədir”.

Qeyd edək ki, indiyə qədər Azərbaycan beynəlxalq sazişlərə Ermənistanla bağlı qeyd-şərtlə qoşulub.