Qarabağın erməni sakinlərinin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin edilir.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib.
Qeyd olunub ki, dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunur.
Erməni dilinin istifadəsinə imkan yaradılır.
Reinteqrasiyanın praktiki icrası ilə bağlı erməni sakinlərin nümayəndələri ilə təmaslar davam etdiriləcək.
Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir
Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının açılış mərasimi keçirilib - YENİLƏNİB/FOTO