02 oktyabr 2023 17:27
323

Beynəlxalq Astronavtika Konqresində kosmosun tədqiqində nailiyyətlərə görə mükafatlar təqdim olunub

Bu gün Bakıda işinə başlayan 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində kosmosun tədqiqi sahəsində böyük nailiyyətlərə görə mükafatların təqdim edilməsi mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, açılış mərasimində vurğulanıb ki, belə miqyaslı tədbirin Bakıda keçirilməsi Azərbaycanın qlobal kosmik tədqiqat imkanlarına daxil olmasının rəmzidir.

“SpaceX”in təsisçisi, baş icraçı direktoru və texniki direktor İlon Mask fərdi nominasiyada qalib elan edilib. Komandalar arasında qaliblər NASA, ESA, CSA, “James Webb Space Telescope” şirkətləri olub.

IAF mühüm nailiyyətlər və beynəlxalq əməkdaşlıq mükafatı isveçrəəsilli amerikalı astrofizik Tomas Zurbuhenə təqdim edilib.